"Zəfər Yolu" - TƏQDİMAT

15:36 01-04-2022 | icon 3845 | Ədəbiyyat
"Zəfər Yolu" - TƏQDİMAT

Tanınmış yazar, şair-publilist İradə Əlilinin Qarabağ həqiqətlərindən bəhs edən kitablarının təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, martın 30-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında İradə Əlilinin “Bir damla göz yaşında torpaq həsrəti”, ”Laçın həsrətim”, ”Zəfər yolu”, "Xocalı Şahidlər danışır" kitablarının təqdimat mərasimi keçirilib.

 

Müəllifin tədbir zamanı bir az əvvəl təqdimatı keçirilmiş "Xocalı Şahidlər danışır" kitabının holland və niderland dillərində tərcümə olunmuş nüsxələri də təqdim olunub.

 

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, qazilər, iş adamları, tanınmış incəsənət nümayəndələri və müəllifin oxucuları iştirak ediblər.

 

Tədbir iştirakçıları çıxışlarında İradə xanıma ürək sözlərini bildirirərək Qarabağ həqiqətlərəninin təbliğatı yolunda öz tövhəsini verdiyinə görə təşəkkür ediblər.

 

"Zəfər Yolu" kitabının həmmüəllifi isə yazıçı, jurnalist Vüqar Şahinoğlu isə kitab haqqında qonaqlara məlumat verib. Kitaba ön sözü millət vəkili Ceyhun Məmmədovun yazdığını vurğulayan V.Şahinoğlu bildirdi ki, kitab Azərbaycan və İngilis dillərində dərc edilib. Həmmüəllif qeyd edib ki, Türkiyə türkəcisi üzərində tərcümə işləri yekunlaşmaq üzrədir.

 

Qeyd edək ki, "Zəfər yolu" kitabının həmmüəllifi Vüqar Hacıyev, ”Laçın həsrətim” kitabının həmmüəllifi isə Sevinc Rzadır. "Xocalı Şahidlər danışır" kitabını Finlandiyada yaşayan Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi Arzu Oqtay finland dilinə, Hollandiyada yaşayan Niderland Belçika Koordinasiya şurasının əlaqələndirici üzvü İkanə Yusifova isə holland dilinə çeviriblər.

 

Müəllif tədbirin sonunda imzalı kitablarını oxucularına hədiyyə edib. /press.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ