Kişi boksçuların sayı azaldıldı, qadınlar isə artırıldı

08:11 02-04-2022 | icon 549 | İdman
Kişi boksçuların sayı azaldıldı, qadınlar isə artırıldı

Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik təsdiqlənib.

 

Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.

 

Yeni qərara əsasən, 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Oyunların proqramında çəki dərəcələri müəyyənləşib.

 

Növbəti Olimpiadada kişi boksçular 8 deyil, 7 – 51 kq, 57 kq, 63,5 kq, 71 kq, 80 kq, 92 kq, +92 kq çəki dərəcələrində qüvvəsini sınayacaqlar.

 

Əvəzində qadın idmançılarda bir çəki dərəcəsi artırılaraq, 6-ya çatdırılıb. Onlar Paris-2024-də 50 kq, 54 kq, 57 kq, 60 kq, 66 kq, 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

 

Nəticədə kişilər kimi, qadın idmançılar da Oyunlarda 124 boksçu ilə təmsil olunacaqlar. Bununla da boksun tarixində ilk dəfə gender bərabərliyi təmin olunub.

 

Fransa paytaxtında medal dəstlərinin ümumi sayında isə dəyişiklik edilməyib. Ümumilikdə 13 dəst mükafat sahibini tapacaq.

 

Qeyd edək ki, Paris Olimpiadası 2024-cü il iyulun 26-da start götürüb, avqustun 11-də başa çatacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI