İçərisində azərbaycanlıların olduğu gəmi batdı
Qara dənizdə hava şəraitinin kəskin olması ilə əlaqədar Panama bayrağı altında üzən yük gəmisi batıb.
Versus.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Samsun vilayəti sahillərində batan “Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub. Ekipaj üzvlərindən 7 nəfər xilas edilib, 2 nəfər həlak olub, 4 nəfər isə axtarılır. Heyətdən 9-nun Ukrayna, 2-nin Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu bildirilir.
Türkiyə Hava Qüvvələri Komandirliyi tərəfindən axtarış-xilasetmə tədbirləri üçün 2 qayıq, 2 helikopter və 1 təyyarə cəlb edilib.
Həlak olanların hansı ölkə vətəndaşı olması hələlik məlum deyil.
Versus.Az
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"