Azərbaycandakı gürcü teatrının təsisçisi vəfat etdi

11:46 12-04-2022 | icon 495 | Mədəniyyət
Azərbaycandakı gürcü teatrının təsisçisi vəfat etdi

Qax Dövlət Gürcü Dram Teatrının təsisçisi və direktoru Anzor Dolencaşvili vəfat edib.

 

Versus.Az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

 

Gürcüstan patriarxı II İlya, Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti A.Dolencaşvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.

 

Qeyd edək ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. 2020-ci ildə teatrın 40 illik yubileyi qeyd edilib.

 

1980-1981-ci illərdə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndinin Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Daha sonra A.Dolencaşvili İlya Çavçavadze adına Gürcü Peşəkar Teatrı təsis edib. Hazırda teatrın truppası 20 nəfərdən ibarətdir.

 

A.Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI