"Qərb demokratiya adı ilə hansı ölkəyə girib, o ölkə dağılıb"

12:57 12-04-2022 | icon 661 | Geopolitika
"Qərb demokratiya adı ilə hansı ölkəyə girib, o ölkə dağılıb"

Fuad Əliyev: "Rusiyaya sanksiya tətbiq edir, Ukraynaya silah verir, amma..."

 

"Şərqdə ilk demokratik respublika yaradan Azərbaycan bu ikili "demokratiya" standartların qurbanı oldu. XI Qızıl ordu Azərbaycana gələndə, ADR-ın Parlament spikeri, Xarici İşlər Naziri, Baş Nazir London Parisə və Berlinə getmişdilər. Deyirdilər ki, bizə kömək edin, XXI Qızıl ordu gəlib bizi işğal edəcək. Nə oldu? Kömək etmək əvəzinə ingilislər Azərbaycanı tərk etdilər. Həmin vəziyyət indi Ukraynada baş verdi. Ukrayna-Rusiya müharibəsi başlayanda Zelenski Qərbə yalvarırdı ki, "bizi tək qoymayın, kömək edin", etmədilər".

 

Versus.Az xəbər verir ki, bunu yerli internet televiziya kanalına müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədri bildirib ki, Qərb ölkələri həmişə demokratiyaya ikili standartla yanaşıblar. Onun sözlərinə görə, Qərb birbaşa Rusiya ilə müharibə etmək istəmir:

 

"Düzdür, Qərb müharibə başlayandan Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya silah verir. Amma birbaşa müharibə etmək istəmir. Bundan qabaq necə ki Saakaşvilini tək qoydular, indi də Ukraynanı tək qoyublar".

 

Fuad Əliyev vurğulayıb ki, Qərb demokratiya adı ilə hansı ölkəyə girib, o ölkə dağılıb:

 

"Baxın, Sovet İttifaqı Əfqanıstandan çıxanda əfqanlar əsgərləri gül-çiçəklə yola salırdılar. 20 il ərzində Əfqanıstanı dağıdan Qərb ordan qaçdı. İndi Çin, Pakistan, Rusiya Taliban hakimiyyətinə dəstək verirlər ki, oranı bərpa etsinlər. Eyni İraqda, Suriyada, Liviyada olub".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ