Röyanın konsert tarixi AÇIQLANDI

12:12 13-04-2022 | icon 478 | Şou-biznes
Röyanın konsert tarixi AÇIQLANDI

Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konsertinin tarixi müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan musiqili gecə 23-24-25 sentyabr tarixlərində baş tutacaq. Əvvəlki tarixə alınan biletlər keçərli olacaq.

 

1 saat 30 dəqiqəlik solo konsertin bilet qiymətləri isə 20-150 AZN arası dəyişir.


Xatırladaq ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
Lakin həmin dövrdə koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınmışdı.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI