İlk HƏRRAC

11:57 15-04-2022 | icon 420 | İqtisadiyyat
İlk HƏRRAC

Qarabağ atlarından ikisi hərracda satılıb.

 

Versus.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılıb.

 

Hərracda dördyaşar (2018-ci il), erkək cinsli “Sahil” adlı at start qiyməti 5 000 olmaqla hərraca çıxarılıb və 5 500 manata satılıb. 

 

“Sahil” atını Tərtər bölgəsində təsərrüfatla məşğul olan Habil İbrahimov alıb.

 

“Zilaxar” adlı at isə hərracda 7500 manata satılıb. Dördyaşar (2018-ci il), erkək cinsli “Zilaxar”ın start qiyməti 7000 manat idi.

 

At təmiz cinsdir, ata adı Ulduz, ana adı Sürməlidir.

 

“Zilaxar” 55 km/saat sürətlə qaçmaq bacarığına sahibdir ki, bu da onu ən sürətli atlar sırasına salır.

 

“Zilaxar” atını həvəskar atçı olan sahibkar Orxan Qardaşxanov alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR