Xaricdən onlayn məhsul alanlara XƏBƏRDARLIQ

11:29 18-04-2022 | icon 528 | İqtisadiyyat
Xaricdən onlayn məhsul alanlara XƏBƏRDARLIQ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi poçt xidməti ilə daşınmalar üzərində xüsusi yoxlamalara başlayıb.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən daşıma şirkətləri müştərilərinə xəbərdarlıq mesajı göndərib.

 

Bildirilib ki, yoxlamaların səbəbi ölkəyə çatdırılan malların düzgünlüyünü və təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən xarici ölkələrdən gətirilən müxtəlif növ bağlamalar Azərbaycana daxil olarkən Bakı Karqo terminalında yoxlanışı bir qədər uzun çəkə bilər. 

 

Son vaxtlar xarici ölkələrdən onlayn sifarişlərin artdığı qeyd edilib, bu baxımdan vətəndaşlardan gömrük bəyannaməsi zamanı məlumatları (sifarişin məbləğini, miqdarını, növünü) tam doğru qeyd etmək tələb olunur.

 

Daşıma şirkətlərinin xəbərdarlığına əsasən, əks halda ölkəyə daxil olan bağlamalar gömrük orqanları tərəfindən saxlanılacaq. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR