DİQQƏT

08:22 19-04-2022 | icon 441 | İqtisadiyyat
DİQQƏT

Kartofda zəhərli maddənin olduğunu necə bilmək olar?

 

Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizmi üçün təhlükəlidir. Təəssüf ki, hazırda qida üçün yararlı hesab olunub, satışda olan kartofda da bu maddə var.

 

Bakupost.az kartofda toksiki maddənin olmasını necə təyin etməyin yollarını təqdim edib.

 

Belə ki, kənd təsərrüfatı elmləri üzrə namizəd Stanislav Malçev kartofun zəhərli olub-olmadığını aydınlaşdırmaq üçün onu kəsəndə rənginə baxmağın vacib olduğunu deyib:

 

“Kartof düzgün şəraitdə saxlanılmadıqda onun içində mərkəzində toksiki maddə - alkaloid yığılır. Kartofun nə qədər uzun saxlanma müddəti olsa da, onun da yararlıdıq dövrü var. Əgər məhsul avqustun sonu yığılıbsa, o zaman aprelə kartof artıq köhnə hesab olunur. Kartof qaranlıq yerdə saxlanılıbsa, onun ancaq dad keyfiyyəti itir, əgər işıqlı, gün düşən yerdə qalıbsa, yanvar ayına kimi artıq bu kartofda toksiki maddə əmələ gəlir. Əksər sortlar aprel-maya kimi qala bilir. Yenə də saxlanma şəraitindən asılıdır. Əgər temperatur stabil olaraq 3-4 dərəcədə qalmayıbsa, yanvar ayına qədər bu kartof korlanacaq. Kartof o halda təhlükəli olur ki, o işıqlı yerdə saxlanılıb. Bu zaman kartofun özəyi yaşıl rəng alır. Əgər belə yaşıllaşmna varsa, deməli onda gün işığının təsirindən xlorofil və təhlükəli alkaloid formalaşıb. Belə kartofu almaq, yemək olmaz. Kartofu kəsib, təmizləyib, həmin yaşıl hissəni kəsib atmaqla toksiki zəhəri çıxarmaq praktiki olaraq, mümkün deyil. Yaşıl rəng almış kartofu soymağa, təmizləməyə, bişirməyə cəhd belə etməyin. Qaynar suda belə bu maddə yoxa çıxmır. Bu kartof bütövlükdə atılmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?