Səkkiz ölkənin 22 universitetindən qəbul qazanan qız DANIŞDI

11:57 19-04-2022 | icon 448 | Təhsil
Səkkiz ölkənin 22 universitetindən qəbul qazanan qız DANIŞDI

"Dövlət Proqramı açılanda o universitetə müraciət edəcəm"

 

Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova bildirib. 

 

Onun sözlərinə görə, 2018-ci ildə 542 bal ilə BDU-ya daxil olub:

 

“Hazırda 4-cü kursda təhsil alıram. Universitetlərə müraciət etmək üçün hazırlaşmağa, IELTS imtahanı verməyə və sənədləri yığmağa 3-cü kursdan başlamışam, amma 4-cü kursda, oktyabr ayından başlayaraq universitetlərə sənəd göndərməyə başladım. Bəzi universitetlər iki raunddan ibarət idi və ikinci raundda müsahibə var idi. Təxmini yanvar aylarından müsahibələr başladı”.

 

Tələbə deyir ki, dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb:

 

“Tam təqaüdü yalnız Finlandiya verib. İngiltərədən, Almaniyadan 50% və 75% təhsil xərclərini qarşılayan təqaüdlər də qazanmışam. Qalanlarından universitetdən qəbul almışam və təqaüdə müraciət etmişəm.

 

Onların cavabları hələ çıxmayıb. Mən Imperial College London universitetində süni intellekt üzrə təhsil almaq istəyərəm. Dövlət Proqramı açılanda o universitetə müraciət edəcəyəm”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI