Buraxılış imtahanlarında 43 mindən çox şagird iştirak edəcək

11:28 20-04-2022 | icon 579 | Təhsil
Buraxılış imtahanlarında 43 mindən çox şagird iştirak edəcək

Aprel ayını 23-24-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Bildirilib ki, respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq imtahanda 43 127 şagirdin iştirakı nəzərdə tutulur.

 

Qeyd olunub ki, imtahan saat 11:00-da başlanır və imtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

 

Aprelin 23-də keçiriləcək imtahanda 21 337, aprelin 24-də keçiriləcək imtahanlarda isə 21 790 nəfər olmaqla, ümumilikdə 43 127 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılırlar.

 

Keçiriləcək imtahanla bağlı ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM