Bu qanuna inteqrasiyalı təhsilin təşkili ilə bağlı maddə əlavə olunur

15:01 29-04-2022 | icon 509 | Təhsil
Bu qanuna inteqrasiyalı təhsilin təşkili ilə bağlı maddə əlavə olunur

 “Ümumi təhsil haqqında” qanunda “pedaqoji işçilər” sözü “müəllimlər” sözü ilə əvəz olunur..."

 

Aprelin 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. iclasda “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə, habelə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə müezakirələr olub.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

 

Əvvəlcə, “Ümumi təhsil haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər diqqətə çatdırılıb. Qeyd olunub ki, qanuna təklif edilən “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifində “təyinatlı və ya internat tipli” sözləri çıxarılır. Yeni redaksiyaya əsasən, inteqrasiya təlimli təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi hesab edilir. Qanunun digər bir  maddəsində “pedaqoji işçilər” sözü “müəllimlər” sözü ilə əvəz olunur. Həmçinin, ümumi təhsil müəssisələrinin növləri ilə bağlı maddəyə də dəyişikliklər təklif edilir. Dəyişikliklərin əsas məqsədi, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

 

Sonra komitə sədri “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Bildirib ki, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qeyd olunub ki, ikinci oxunuş üçün təqdim edilən layihədə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna inteqrasiyalı təhsilin təşkili ilə bağlı yeni 11-1-ci maddə əlavə olunur.

 

Məsələlər ətrafında gedən müzakirələrdə komitə sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Aqiyə Naxçıvanlı, İsa Həbibbəyli, Eldar Quliyev, Kamilə Əliyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələrinin vacibliyindən bəhs ediblər, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu qeyd ediblər.

İclasın sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM