NATO imtina ETDİ

10:15 05-05-2022 | icon 548 | Dünya
NATO imtina ETDİ

Şimali Atlantika Alyansı 1997-ci il NATO-Rusiya Təsis Aktının müddəalarına əməl etməkdən imtina edir. Bu barədə NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirib.

 

Bauer qeyd edib ki, bu müqavilə öz planlarının həyata keçirilməsində alyansın “qarşısını ala bilməyəcək”. “Hazırda siyasi müstəvidə ümumi rəy ondan ibarətdir ki, biz razılaşmanı ləğv etmirik, lakin bu, bizim tərəfimizdən lazımi addımların atılmasına mane olmayacaq” – deyə hərbi komandir vurğulayıb.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Qərb ölkələri keçmiş SSRİ dövlətlərinin ərazisində hərbi obyektlərin yaradılmasından imtina etməlidirlər. O qeyd etmişdi   ki, NATO-nun hərbi potensialı və infrastrukturunun Rusiya-NATO-nun təsis aktının imzalandığı 1997-ci ildəki vəziyyətə qaytarılması vacibdir.

 

Aktın əsas məqamlarından biri NATO-nun akt imzalandıqdan sonra alyansa daxil olacaq ölkələrin ərazisində nüvə silahı yerləşdirilməsindən, habelə bu ölkələrin ərazisində nüvə silahı saxlamaq üçün obyektlərin tikintisindən imtina etməsidir. Bundan əlavə, razılaşmaya əsasən, Rusiya və NATO öz sərhədlərində əhəmiyyətli həcmdə silah yerləşdirilməsindən imtina etməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR