Müxalifət Paşinyanı devrəcək?

13:36 06-05-2022 | icon 425 | Dünya
Müxalifət Paşinyanı devrəcək?

 

 

Ermənistan müxalifətinin bir neçə gündür paytaxt İrəvanda başlatdığı etiraz aksiyaları daha da şiddətlənib. Polislə etirazçılar arasında paytaxtın mərkəzi küçələrində iğtişaşların baş verdiyi, küçə qarşıdurmalarının yaşandığı deyilir.

 

 

Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib ki, birləşmiş müxalifət İrəvanın mərkəzindəki “Fransa meydanı”nda çadırlar quraraq, gecələməyə hazırlaşır və bazar ertəsi genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına start veriləcək.

 

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan aksiya iştirakçılarını ziyarət edərək onlarla söhbətləşib, foto çəkdirib. Bazar günü keçirilən aksiyada ölkənin ikinci prezident olmuş Robert Köçəryan da iştirak edib.

 

Nə baş verir?

 

Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Turan Rzayev bildirib ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində məlum çıxışı zamanı müxalifəti qəzəbləndirəcək və onlara mübaricə üçün yeni tezislər sayılan ciddi açıqlamalar vermişdi. O bildirmişdi ki, “Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır”, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, “Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir” və s.

 

Politoloq qeyd edib ki, əslində Paşinyan bu sözlərlə ölkə ictimaiyyətini mövcud reallıqlarla barışmağa, əks təqdirdə hərbi əməliyyatların qaçılmaz olduğuna inandırmağa çalışırdı.

“Paşinyan başa düşür ki, sülh müqaviləsi tez bir zamanda imzalanmasa, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Ermənistan Rusiyanın təsirindən xilas ola biləcək.

 

Paşinyanın Qarabağın “statusu”nu arxa plana keçirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəallığa başlaması isə müxalifətə yeni fürsətlər yaradıb. Hazırda

radikal müxalifətin bütün qanadları baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib”.

 

T.Rzayev bildirib ki, müxalifət etiraz gücünü və qələbəyə inamı artırmaq, eləcə də etirazçıların say çoxluğuna nail olmaq üçün simvolikadan geniş istifadə edir.

“Etirazçılar hazırda İrəvanın “Fransa meydanı”nda daha kompakt şəkildə toplaşıb. Paşinyan da vaxtilə etirazlara buradan başlamışdı. Etirazçılar bununla əslində Paşinyana “vaxtilə etdiyini təkrarlayaraq, səni inqilabla devirəcəyik” mesajını verir.

 

Ermənistan müxalifəti Yerevanda mitinq keçirib, hökümət "kütləvi  iğtişaşlar" barədə xəbərdarlıq edib”.

 

Onun sözlərinə görə, etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyi real görünmür:

 

“Birincisi, etirazçıların sayı Paşinyanı devirmək üçün kifayət deyil. Məsələ ondadır ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır.

 

İkincisi, hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur. Hazırda etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəlli deyil.

 

Üçüncüsü, erməni xalqı yaxşı başa düşür ki, Paşinyan devrilsə, Köçəryan, Sərkisyan, Vanetsyan və ya bu kateqoriyadan olan başqa bir şəxs hakimiyyətə gələcək. Bu qüvvələr isə öz növbəsində əvvələr olduğu kimi hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Erməni xalqı daha hakimiyyətə can atan bu və ya digər qüvvələrin onların hesabına varlanmasını və ya onların siyasi məqsədləri üçün övladlarının qurban olmasını istəmir”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR