Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi YARADILDI

11:08 16-05-2022 | icon 370 | Təhsil
Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi YARADILDI

Elmin Nurizadə: “Məsələ ciddi rezonans doğurub"

 

AzEdu.az Təhsil Portalının nəzdində xüsusi mərkəzin əsası qoyulub. Dərsliklərin Monitorinq mərkəzinin yaradılmasında əsas məqsəd dövlətin təhsil siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir.

 

Versus.az xəbər verir ki, mayın 15-də mərkəzin ilk iclası keçirilib və bundan sonrakı fəaliyyətilə bağlı görüləcək işlər açıqlanıb.

 

Qeyd olunub ki, bu, ilk iclasdır və bundan sonra hər fənn üzrə müzükirələr olacaq, həm müvafiq dövlət qurumlarına, həm də cəmiyyətə məlumat veriləcək.

 

Müzakirə zamanı dərsliklərlə bağlı çox ciddi boşluqlar vurğulanmaqla yanaşı, onların həll yolları, çağdaş təhsilimizin standartlarına cavab verən uyğun variantlar təklif olunub.

 

Peşəkar ekspertlər istər dəqiq, istər humanitar, istərsə də təbiət fənlərinə aid bəzi çatışmazlıqları sadalayaraq, onların ümumi dərslik standartlarından kənar olduqlarını diqqətə çatdırıblar.

 

Toplantıda iştirak edən professor, əməkdar elm xadimi Şahlar Əsgərov mərkəzin təhsilalanların həyatında vacib rol oynayacağını vurğulayıb.

 

Müzakirədə həmçinin AzEdu Təhsil portalının baş redaktoru Elmin Nurizadə, Təhsil İnsitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetin dekanı, professor Fərrux Rüstəmov, tanınmış pedaqoq Sona Əliyeva, “Zirvə” Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov, araşdırmaçı-jurnalist Məzahir Məmmədli, tanınmış fizika mütəxəssisi Namiq Süleymanov iştirak ediblər.

 

Qeyd edək ki, hər fənn üzrə dərsliklərin ayrıca monitorinqi aparılacaq, mütəxəssislərin təklifləri diqqətə çatdırılacaq.

 

Elmin Nurizadə qeyd edib ki, artq ayrı-ayrı sahələr üzrə mütəxəssislərlə əlaqə saxlanılıb:

 

“Məsələ ciddi rezonans doğurub. Açığı mütəxəssislərimizin məsələyə bu qədər vacib iş kimi yanaşacağını gözləmirdik. Hesab edirik ki, Dərsliklərin Monitorinqi Mərkəzi Azərbaycan təhsilinə, xüsusilə də orta və ali məktəb dərsliklərinin daha yaşı yazılması baxımından əhəmiyyətli rol oynayacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?