Təhsil İdarəsindən iddiaya CAVAB

11:20 17-05-2022 | icon 532 | Təhsil
Təhsil İdarəsindən iddiaya CAVAB

“İşdən çıxarmaq direktorun səlahiyyətindədir”

 

Bir neçə gündür sosial şəbəkələrdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsilli olmaması ilə bağlı xəbərlər reaksiyalara səbəb olur.

 

Həmin şəxs isə 01.09.2004-cü ildə bu vəzifəyə təyin olunub.

 

Məktəbin direktoru Almaz Həsrətova iddia edir ki, o, İsmət Yusifovanı vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı heç bir addım atmır.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, işəgötürmə də, işdən azadetmə də direktorun səlahiyyətindədir:

 

“Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir. Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?