Yeni çempionatın keçirilmə TARİXİ

14:00 17-05-2022 | icon 520 | Təhsil
Yeni çempionatın keçirilmə TARİXİ

“Basketbolla bağlı bizdə stereotiplər var. Düşünürlər ki, adamın boyu qısadırsa, basketbol oynaya bilməz”. 

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib. O bildirib ki, basketbolda kifayət qədər yaxşı uşaqların kəşfi onları təəccübləndirib: 

 

“Biz seleksiya sayəsində 779 nəfər uşaq seçdik. Onlardan 420-si qız, 359-u oğlandır. Onların içərisində boyu 165 sm olanlar da vardı. Bu uşaqlar gələcək əsas millinin bazasını formalaşdıracaqlar”. 

 

Emin Əmrullayev çempionatın növbəti mövsüm nə vaxt olacağını da bildirib. Onun sözlərinə görə, klublarla artıq görüş keçirilib və oktyabrda yeni mövsümə start veriləcək. Oyunlar şənbə-bazar olmaqla bir məkanda keçiriləcək. Komandaların sayı isə 6-8 aralığında olacaq.

 

Qeyd edək ki, bu mövsüm çempionat keçirilməyib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR