ADU-nun əməkdaşları İsveçdə keçirilən TƏLİMDƏ

10:08 18-05-2022 | icon 307 | Təhsil
ADU-nun əməkdaşları İsveçdə keçirilən TƏLİMDƏ

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara start verilib.

 

Versus.az xəbər verir ki, rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir.

 

16-20 may tarixlərini əhatə edəcək tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli və ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıb.

 

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stockholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.

 

Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər - 2030 gələcəyə baxış” mövzusunda təqdimatı baş tutacaqdır.

 

Qeyd edək ki, təlimdə Azərbaycan Dillər Universitetinin Ümumi işlər üzrə prorektoru Vüqar Mehrabov və Test mərkəzinin müdiri, ECAR layihəsinin meneceri Bəyim Abdulla iştirak edir. 

 

ADU-nun əməkdaşları ECAR layihəsinin növbəti təlimində iştirak edir - FOTOLAR

ADU-nun əməkdaşları ECAR layihəsinin növbəti təlimində iştirak edir - FOTOLAR

 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?