Şəhriyar norveçliyə qarşı

15:43 21-05-2022 | icon 398 | İdman
 Şəhriyar norveçliyə qarşı

 

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

 

 

 

Versus.az xəbər verir ki, 37 yaşlı qrosmeyster “Chessable Masters” adlanan turnirin IX turunda ağ fiqurlarla norveçli Aryan Tari ilə üz-üzə gələcək.

 

Məmmədyarov X turda isveçli Nils Qrandeliusla qara, XI turda hindistanlı Rameşbabu Praqnanandha ilə ağ fiqurlarla oynayacaq. Təcrübəli şahmatçı XII turda digər hindistanlı rəqibi Pentala Harikrişna ilə qarşılaşacaq. O, qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Doqquz xala malik Məmmədyarov səkkiz görüşdən sonra Qrandeliusla birlikdə 10-11-ci yerləri bölüşdürür. “Chessable Masters”də 16 zəka sahibi çıxış edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da