Avropa çempionatında uğur qazandı

10:30 27-05-2022 | icon 718 | İdman
Avropa çempionatında uğur qazandı

20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib.

 

Versus.Az xəbər verir ki, turnirdə 18 ölkənin 1 200-dən çox idmançısı mübarizə aparıb.

 

Çempionatda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvü Xəyal Məmmədov - 84 kiloqram çəki dərəcəsində kişilər arasında komanda kumite yarışlarında və şəxsi kata yarışlarında turnirin gümüş medalının sahibi olub.

 

Karateçinin ilk məşqçisi əməkdar məşqçi və altıncı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırkı şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, səkkizinci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

 

26 may 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

 

Qeyd edək ki, Xəyal Məmmədov Azərbaycanın karate üzrə milli komandasının üzvüdür.

 

Karateçimiz sentyabr ayında Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə Çexiya Respublikasında keçiriləcək dünya çempionatında da iştirak edəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR