“Qarabağın incisi – Şuşa” - MUZEYDƏ SƏRGİ

16:19 28-05-2022 | icon 967 | Mədəniyyət
“Qarabağın incisi – Şuşa” - MUZEYDƏ SƏRGİ

Qaliblər mükafatlandırılıb və Fəxri fərmanlarla təltif olunublar

 

Muzeydə “Qarabağın incisi – Şuşa” adlı II Ümumrespublika rəsm və əl işləri sərgisinin açılış mərsimi keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən, AMEA Milli Azərbaycan Tarixi Muzeyi 24 fevral tarixindən “Qarabağın incisi – Şuşa” adlı II Ümumrespublika rəsm və əl işlərindən ibarət müsabiqə elan etmişdi. Bununla əlaqədar dünən, yəni mayın 27-də müsabiqədə iştirak edənlərin rəsm və əl işlərinin sərgisinin açılış mərsimi olub.

 

Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən olan və müxtəlif yaş qruplarından yaradıcı şəxslər öz əl işləri ilə 2 kateqoriya - təsviri incəsənət və tətbiqi sənət üzrə müsabiqədə iştirak ediblər.

 

Müsabiqə 3 nominasiyada keçirilib.

 

Münsiflər heyətinin üzvləri - Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov, Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü Nazim Məmmədov, muzeyin Təsviri Materiallar fondunun müdiri, m.ü.f.d. Nardanə Yusifova və əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyevanın iştirakı ilə sərgidə nümayiş olunan əl işləri dəyərləndirilib və qaliblər seçilib.

 

Tədbirdə qeyd olundu ki, yaradıcı şəxslərin iştirakı ilə təşkil olunan bu kimi tədbirlər davamlı olacaq.

 

Seçilən kreativ əl işlərinin müəllifləri, qaliblər mükafatlandırılıb və Fəxri fərmanlarla təltif olunublar.

Müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, layihənin rəhbəri və kuratoru muzeyin əməkdaşı Aynur Babayevadır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122