Bakının adada yerləşən MƏKTƏBİ

12:55 31-05-2022 | icon 417 | Təhsil
Bakının adada yerləşən MƏKTƏBİ

Burada bir müəllimə dörd uşaq düşür

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib.

 

Versus.Az xəbər verir ki, səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ölkənin bir qrup KİV-in təmsilçiləri iştirak ediblər.

 

Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq, müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər müvafiq məsələlərlə bağlı müzakirələrin aparılmasından ibarətdir.

 

Məktəblə yaxından tanış olan BŞTİ rəhbərliyi və KİV nümayəndələri ibtidai sinif, tarix, ədəbiyyat, fizika və ingilis dili fənləri üzrə təşkil olunmuş “açıq dərs”lərdə iştirak ediblər.

 

Daha sonra Mehriban Vəliyeva müəllim və valideynlərlə görüşüb.

 

Məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışan M.Vəliyeva tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində belə əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyan Bakı şəhəri 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla (şagird sayı az olduğu üçün II və III siniflər birləşdirilib) 72 nəfər şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğul olur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR