Yığmamız Millətlər Liqasında mübarizəyə BAŞLAYIR

10:33 03-06-2022 | icon 589 | İdman
Yığmamız Millətlər Liqasında mübarizəyə BAŞLAYIR

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.

 

Versus.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır. Oyun bu gün başlayacaq ən erkən qarşılaşma olacaq.

 

Paytaxt Nur-Sultandakı “Astana-Arena”da oynanılacaq matçı macarıstanlı İştvan Vadın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək.

 

Həmçinin, Millətlər Liqasında bu gün digər görüşlər də baş tutacaq. Belçika – Niderland və Fransa – Danimarka matçları maraqla gözlənilir.

 

UEFA Millətlər Liqası

 

I tur

 

A Liqası

1-ci qrup

22:45 Fransa – Danimarka

22:45 Xorvatiya – Avstriya

4-cü qrup

22:45 Belçika – Niderland

 

C Liqası

3-cü qrup

18:00 Qazaxıstan – Azərbaycan

22:45 Belarus – Slovakiya

 

D Liqası

1-ci qrup

20:00 Latviya – Andorra

22:45 Lixtenşteyn – Moldova

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR