“Azərişıq” abonentlərinə ŞAD XƏBƏR

11:30 06-06-2022 | icon 540 | İqtisadiyyat
“Azərişıq” abonentlərinə ŞAD XƏBƏR

Yeni xidmətlər istifadəyə verildi

 

“Azərişıq” ASC-nin elektron xidmətlərinə yenilik əlavə edilib.

 

Versus.Az xəbər verir ki, tətbiq edilən yeni xidmətlərlə artıq abonentlər evdən çıxmadan elektron hökumət üzərindən onlayn qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcəklər. 

 

Üstəlik bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün onlayn qaydada ödənişsiz olacaq.

 

“Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev abonentlərin yeni xidmətlərdən hansı şəkildə faydalana biləcəkləri barədə məlumat verib:

 

“Yeni elektron xidmətlərlə əhali abonentlərinə geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentlərində sayğac zədələnməsi ilə bağlı elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib. Eyni zamanda, xarici və yerli investorlar “Azərişıq” ASC elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərini “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə getmədən onlayn qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq. Bununla yanaşı, müraciətlər, müraciətə baxılma müddəti və digər bütün detallar elektron hökumət portalı üzərində “Azərişıq” ASC-nin bazasında qalacaq”.

 

Qeyd edək ki, “ASAN Kommunal” üzərindən artıq “Azərişıq” ASC öz abonentlərinə 19 elektron xidmət təqdim edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?