“Netflix” Azərbaycana gəlir

12:33 06-06-2022 | icon 476 | İdman
“Netflix” Azərbaycana gəlir

Bakının görüntüləri məşhur serialda

 

ABŞ-ın məşhur “Netflix” onlayn platformasının nümayəndələri 2022-ci il “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində ölkəmizə səfər edəcək.

 

“Formula-1” yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış “Drive to survive” sənədli serialının 5-ci mövsümündə Bakı yarışının həyəcanlı anları yer alacaq. 

 

Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb. 2018-ci ildə “Red Bull” komandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hemiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib. 

 

Buraxdığı səhvdən sonra Luis Hemiltonun “Mersedes”in komanda rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi “Bakı yuxularıma kabus kimi girir” fikri “Drive to survive” izləyicilərinin diqqətindən qaçmayıb. 

 

Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə “Formula-1” yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122