"Bu, Ermənistanın "kukla rejimini" narahat etməkdədir"

11:18 07-06-2022 | icon 480 | Geopolitika
"Bu, Ermənistanın "kukla rejimini" narahat etməkdədir"

Alp Arsalan İmamqulu: “Prosesi əngəlləməyə çalışırlar”

 

 "Ermənistan ilə Azərbaycan arasındakı sərhədlərin delimitasiyası prosesinin bilərəkdən ləngidilməsi, xüsusi olaraq da Kəlbəcərdə vaxtaşırı olaraq atəşkəs pozuntu hallarının olması təbii ki, təsadüf deyil”. 

 

Versus.az xəbər verir ki, bunu hərbi təhlilçi Alp Arsalan İmamqulu Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətindən sərhəddimizi atəşlə pozması ilə bağlı şərhində bildirib.

 

Onun sözlərinə görə, hazırda Kəbəcərdə və Laçın istiqamətlərində çox əhəmiyyətli inşaat işləri gedir:

 

“Təbii ki, logistika yollarının və yaşayış məntəqələrinin sərhəd boyunca sürətlə inşa edilməsi düşmənlərimizi narahat etməkdədir. Bu səbəblə də prosesi ləngitmək üçün bölgədə fəaliyyət göstərən tikinti şirkətlərinin təhlükəsizlik təminatını pozmağa cəhd göstərirlər. Çünki sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiyanın, dolayısı ilə onun hazırda Ermənistanda himayə etdiyi "kukla rejimin" maraqlarındaymış kimi görünməməkdədir”.

 

A.A.İmamqulu bəyan edib ki, bütün hallarda Azərbaycan öz sülhpərvər mövqeyini sərgiləyir. Belə ki, Azərbayacan tərəfi sərhədlərin delimitasiya olması prosesinə ilk addımı atan bir ölkə olaraq gərəkli tədbirlərini görməkdədir:

 

“Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiya olunması prosesi istənilən halda, gecikərsə və yaxud da tez bir zamanda reallaşarsa, bu Azərbaycanın marağınadır. Çünki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir və mütləqdir ki, bu xəritələr 1918-1920-ci il xəritələrinə görə delimitasiya olunmalıdır. Xüsusən də Ermənistanı buna məcbur etmək üçün Azərbaycanın əlində yetərincə gərəkli istinadlar var. Bu da Ermənistanın Azərbaycanın tarixi torpaqlarında dövlət olmağa çalışdığı dönəmdən bu tərəfə törətdiyi qətliamlar, Azərbaycanın mədəni irsinə, tarixinə, iqtisadiyyatına vurduğu zərərlər və bunun bir təzminat davası olaraq hesablanmasını nəzərə alsaq, Ermənistan ciddi mənada bir sıra ərazilərindən vazkeçməyə məcbur buraxıla bilər.

Bundan da başqa həm də mövcud Ermənistan Respublikasının əraziləri müstəqilliyimizdən bu tərəfə heç də ədalətli olaraq müəyyənləşdirilə bilməmişdi. Bu da müstəqilliyimizin ilk günlərindən daha yeni ərazilər əldə etmək həvəsi ilə, işğalçılıq əməllərini başlatması ilə əlaqədardır”.

 

A.A.İmamqulu bütün hallarda hesab edir ki, bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı bir varis olaraq AXC-nin sərhədləri istiqamətində də gərəkli addımlar atmağa müvəffəq olacaq:

 

“Bu gün bu məsələ ciddi mənada Ermənistanın havadarlarını, o cümlədən Ermənistanın "kukla rejimini" narahat etməkdədir ki, onlar bu delimitasiya prosesini bir yolla əngəlləməyə çalışırlar. İstənilən halda Azərbaycan öz haqq davasına davam etməli və öz mirasına bağlı qalaraq, sərhədlərini bərpa etməlidir". /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ