Azərbaycanda ilk və yeganə MUZEY

16:09 13-06-2022 | icon 551 | Mədəniyyət
Azərbaycanda ilk və yeganə MUZEY

Əsrarəngiz görünüşlü Neon Sənət Muzeyi

 

Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi (ev muzeyi) fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir.

 

Öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün neon kəşf edildiyi 19-cu əsrin sonlarından indiyədək xeyli yol keçib. Neon sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır.

 

Fərid Ələkbərov Azərbaycanın ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O, Azərbaycanda ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir.

 

Muzeyin yerinin seçilməsi təsadüfi deyil, belə ki, rəssam uşaqlıqdan bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub. O hesab edir ki, dənizin təmiz havası insana sərbəst nəfəs almağa imkan verir və başqa hisslər yaşadır.

 

Muzeydə sözün əsl mənasında döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülüb.

 

Muzeyə getmək istəyənlər üçün qeyd edək ki, hər gün fəaliyyət göstərir və biletin qiyməti 8 AZN təşkil edir. Dörd nəfər və daha çox iştirakçının olduğu qrup şəklində səfər etdiyiniz zaman bir nəfər üçün biletin qiyməti - 6 AZN təşkil edir. Beş yaşa qədər uşaqlar üçün isə biletlər ödənişsizdir.

 

Xatırladaq ki, əsrarəngiz rəngləri görə bilmək üçün muzey 17:00-dan sonra fəaliyyət göstərir.

 

Global Photo Stockun əməkdaşı sözügedən muzeydə olub və əsrarəngiz görüntülərdən fotoreportaj hazırlayıb:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI