Şuşadayıq!!!

10:56 15-06-2022 | icon 5803 | Köşə
Şuşadayıq!!!

Bəyannamə mesaj verdi ki...

 

TAHİRƏ QAFARLI

 

 

Bu gün 15 İyun - Qurtuluş Günü, Şuşa Bəyannaməsinin 1-ci ilidir...

 
 
 
Bu gün Azərbaycan dövləti, xalqı, əsrlərdir xarici düşmənlərin təsiri ilə ölkə daxilində müharibə, təhlükə ocağı yaradan düşməni nəhayət ki, durdurdu. Azərbaycan son 30 ildə Ermənistanın başladığı işğal faktı, xarici təsirlərin yaratdığı daxili çaxnaşma, xaos, vətəndaş qarşıdurması, nəhayət təcavüzdən qurtularaq özünün təhlükəsizliyi, sülhün təminatçısı kimi çıxış edir, mühüm sənədlərə imza atmaqla regionun aparıcı dövləti, qarantı olduğunu bir daha dünyaya bəyan edir.
 
 
Bu gün Azərbaycanın ictimai-siyasi kəsiminin bir qrup nümayəndələri 2021-ci il 15 iyunda Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanan, parlametnləri tərəfindən ratifikasiya olunan strateji Müttəfiqlik sənədinin - Şuşa Bəyannaməsinin 1 ilinin tamam olması ilə bağlı keçirilən tədbirdə iştirak üçün Qarabağın incisi Şuşa şəhərinə toplaşıblar.
 
Türkiyə-Azərbaycan bərabərliyinin, birləşən türk gücünün Şuşa qalasından işğalçı məfkurəli, regionu "öz bağçası" hesab edib, "bəlkə də qaytardılar" xülyası ilə yaşayanlara heç şübhəsiz elektroşok effekti təəssüratı yaratmaqdadır. İşğalçı və havadarları çox güman ki, Türkiyə-Azərbaycan birliyindən narahatdır. Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsi və strateji müttəfiqi olan Türkiyə ilə birlikdə əllərini bir yumruq kimi sıxaraq ərazi, dövlət bütövlyü, sülhün bərqərar olunması, təhlükəsizliyin təminatçısı, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı, Türk Birliyinin qaràntı və bazası olaraq çıxış etməsi və növbəti dəfə dünyaya hansı mesajın veriləcəyini bilmək üçün nəzərlər Şuşada...
 
 
Bu gün 15 iyun prosesinin yol xəritəsinin marşrutu 1 əsrdən çox müddətdə əsarətə alınmış Qərbi Zəngəzur mahalından keçərək tarixi Azərbaycan torpaqlarının qandalanmış sərhədlərini qıraraq Azad Azərbaycan torpağının rahat nəfəs almasını hədəfləyib. Azərbaycanın hədəfləri bəllidir və bu gün Azərbaycanın yuxarı coğrafiyasında yerləşən Şuşadan bir daha səslənəcək dünyaya!
 
 
Düşmənçiliyi özünün yaşam tərzi hesab edən Ermənistana bir daha "sülhə gəl!" deyiləcək. Bir daha beynəlxalq hüquq əsas götürülərək dünya gücləri Azərbaycanın ərazilərinin pozulmasına qarşı çıxışa, haqq-ədalətin bərpa olunması naminə əməkdaşlığa dəvət olunacaq. Şuşadan insan hüquqlarının müdafiəçi təşkilatlarına, qeyri-maddi mənəvi irsin qoruyucu qurumlarına "gəl gör müasir dünyada üzərinə toz qondurmadığınız Ermənistan və onun vandal silahlıları bu torpağı necə viran qoyub, necə məhv edib, təhqir edib..." deyiləcək. Bu gün dünyaya sülh istəyən Türkiyə Cümhuriyyəti sülh naminə Azərbaycanla birgə olacaq! Və Türk Birliyi Dövlətlərinə "Güclərimizi birləşdirək" - mesajını verəcək...
 
 
Bu gün Azərbaycanın incisi Şuşa şəhəri dünyaya açılan yeni geosiyasi, geoiqtisadi, geostrateji proseslərin astanasında, mərkəzşi rolunda çıxış edir, başladılan çox böyük missiyaya şahiddir...
 
 
Şuşadayıq!.. Şuşamız azaddır və tezliklə onun azadlıq ətri, sevgisi bütün Qarabağı - XanKəndini, Xocalını, Ağdərəni, Laçını, Zəngəzuru bürüyəcək və bütövlükdə sərhədləri bütöv və təhlükəsiz Azərbaycanımız Türk Dünyasının, Avroasiyanın sülh qapısına çevriləcək! 
 
 
Qürurluyuq, sevincliyik.
Günün mübarək, gözəl Şuşam!
Qurtuluş günün mübarək!
Şuşa Bəyannamən uğurlu olsun!
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq