Qlobal Forum - "mesajların çatdırılması olduqca əhəmiyətlidir”

09:40 17-06-2022 | icon 494 | Geopolitika
Qlobal Forum - "mesajların çatdırılması olduqca əhəmiyətlidir”

 Mətin Məmmədli: Ermənistan prezidentin Forumdakı mesajını diqqətə almalıdır"

 

"Azərbaycan dövlətinin himayəs və “Nizami Gəncəvi Beynəlxalq Mərkəz”in təşkilatçılığı ilə keçirilən "Qlobal dünya təhdidlər" mövzusunda Forumun  ölkəmizdə keçirilməsini əhəmiyyətli hesab edirəm".

 

Versus.az xəbər verir ki, bunu politoloq Mətin Məmmədli bildirib. Onun sözlərinə görə, belə bir tədbirin keçirilməsi  ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir.

 

"Forumun Bakıda keçirilməsi ölkəmizin bəzi mesajlarının dünyaya çatdırılması üçün  olduqca münasib platformadır. Nəzərə almaq lazımdır ki, Bakı Forumunda dünyada kifayət qədər tanınan yüksək səviyyəli siysətçilər, dövlət xadimləri diplomatlar iştirak edir. Ölkəmizin vacib hesab etdiyi mesajların çatdırılması olduqca əhəmiyətlidir”.

 

 Politoloq bildirib ki, bu gün ölkə başçısı çox vacib məsələlərlə bağlı mesajlar, açıqlamalar verib:

 

"O cümlədən Prezident Ermənistan-Azərbaycan arasında sülh prosesi ilə bağlı ölkəmizin haqlı mövqeyini ifadə etdi. Bildirdi ki, regionda davamlı sülh yalnız iki ölkə arasında problemlərin həlli ilə mümkün ola bilər.  Problemlərin həlli isə iki ölkənin qaşılıqlı olaraq ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığı prinsipinin tanınmasından keçir. Onu da təəssüflə bildirdi ki, Ermənistan ziddiyyətli mövqe nümayiş etdirir. Bir tərəfdən Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etdiyini bildirir, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə yönələn açıqlamalar verir. Qeyd olundu ki, Ermənistan üçtərəfli sazişə əsasən öhtəsinə götürdüyü öhtəlikləri yerinə yetirmir. Ölkə başçısı onu da qeyd etdi ki, əgər Ermənistan yenidən müharibə etmək istəsə, bu onun üçün böyük faciə ilə bitəcək".

 

Politoloq hesab edir ki, ölkə başçısının bu mesajını Ermənistanın rəhbərliyi diqqətə alıb əməl edəcək.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ