Qlobal Bakı Forumu ətrafında təhlil

09:55 17-06-2022 | icon 807 | Geopolitika
Qlobal Bakı Forumu ətrafında təhlil

 

 

 

Prezident İham Əliyevin himayəsi altında və “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi”nin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu ətrafında təhlillər davam edir.

Sayca 9-cu olan və  Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunacağı qeyd olunmaqla xüsusilə Azərbaycana verəcəyi vədlər birmənalı deyil.  Forum regionda sülh və təhlükəsizlik üçün mə vəd edir?

 

 

Versus.az xəbər verir ki, Forumun əhəmiyyəti barədə şərh verən siyasi analitik  Aytən Qurbanova bildirib ki, Qlobal Bakı Forumu artıq bir neçə ildir ki, dünya nizamını təhdid edən əsas problemləri və onların həlli yollarını araşdıran, eləcə də, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu barədə məlumatlandıran mühüm bir platformaya çevrilmişdir.

 

 

"Beləliklə də, regional və qlobal məsələlər ətraflı şəkildə müzakirə edilərək ortaq maraqlar əsasında onların həlli imkanları nəzərdən keçirilir. Eyni zamanda, bütün maraqlı tərəflər üçün açıq dialoq mühiti yaradılmış olur. Beynəlxalq sistemdə yaranmış böhranın davam etdiyi bir şəraitdə bu gün öz işinə başlayan IX Qlobal Bakı Forumunun gündəliyinə və iştirakçıların təmsil etdikləri ölkələrin müxtəlifliyinə nəzər yetirdikdə isə onun beynəlxalq təhlükəsizliyə hədə təşkil edən bir çox məsələlərin açıq şəkildə müzakirə edildiyi zəruri dialoq mühitini yaratmağa müvəffəq olan nadir platformalardan biri olduğunu aydın şəkildə müşahidə edə bilərik”.

 

A.Qurbanova bildirib ki, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışında ərzaq çatışmazlığı, enerji təhlükəsizliyi və miqrasiya böhranı kimi sərhədləri aşan qlobal problemlərlə yanaşı regional məsələləri də xüsusilə vurğulayaraq, onların beynəlxalq təhlükəsizlik üçün hansı təhdidləri ehtiva etdiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

 

“Ermənistan ilə davam edən sülh danışıqları prosesində bir çox məqamlarda qərəzli mövqe nümayiş etdirən tərəflərə də açıq mesajlar verən ölkə başçısı, Azərbaycan Respublikasının heç bir halda ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri ilə bağlı güzəştə getməyəcəyini bir daha xatırlatmışdır. Ümumilikdə isə davam edən Forum çərçivəsində aparılan panel müzakirələr və növbəti iki günün gündəliyinə nəzər yetirdikdə, bugün Azərbaycan Respublikasının qlobal problemlərin həlli istiqamətində dialoqun və əməkdaşlığın təşviq edilməsində fəal iştirak edən etibarlı tərəfdaş olaraq yeni formalaşan dünya nizamı daxilində əsas aktorlar sırasında təmsil olunduğunu əminliklə deyə bilərik".(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ