Bir dəfəyə 300-400 qramdan çox yemək olmaz

07:00 20-06-2022 | icon 496 | Sağlamlıq
Bir dəfəyə 300-400 qramdan çox yemək olmaz

Gilas və albalının insan orqanizminə inanılmaz faydası

 

Gilas və albalı yuxuya daha sürətli getməyə, yuxu keyfiyyətini yaxşılaşdırmağa və müddətini artırmağa kömək edir.

 

Bu barədə rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinsburq danışıb.

 

O, bunu hər iki giləmeyvənin tərkibində olan melatoninlə əlaqələndirib:

 

“Bu, həmçinin bədəndə serotonin və melatoninin xəbərçisi olan triptofan amin turşusu ilə də əlaqədardır”.

 

Həkimin sözlərinə görə, gilas və albalı yemək iltihabın ümumi təzahürlərindən qoruyur, insan gəncliyini, enerjisini daha uzun müddət saxlayır, beyin fəaliyyəti yaxşılaşır. Bundan əlavə, bu meyvələr ürəyə, qan damarlarına, oynaqlara müsbət təsir göstərir, həmçinin onkoloji xəstəliklərin qarşısının alınması vasitəsi ola bilər. Bu məhsullar vitamin və minerallarla zəngindir, məsələn, onların tərkibində çoxlu “B” vitamini və maqnezium var.

 

Faydalı xüsusiyyətlərə baxmayaraq, həkim bir dəfəyə 300-400 qramdan çox gilas və ya albalı yeməməyi tövsiyə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Əzizə Cəfərzadənin Turanı - 63

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI