Bu, təkcə xərçənglə bitmir, ürək-damar, pnevmoniya - SOS

09:20 20-06-2022 | icon 365 | Sağlamlıq
Bu, təkcə xərçənglə bitmir, ürək-damar, pnevmoniya - SOS

Güclü stress immun sistemini qocaldır, bəd şişləri oyadır

 

İnsanın immun profili mütəmadi stress, həyəcan, fikir çəkməkdən zəifləyir.

 
 
 
Versus.Az xəbər verir ki, Cənubi Karolina universitetinin alimləri immun sistemin tez qocalmasının ürək-damar, xərçəng, müxtəlif şişlər və virus infeksiyalarının inkişafını artırdığını bildirib.
 
 
İnsan yaşlandıqca immun sistem təbii olaraq aktivliyini itirir, buna immunosenessensiya deyilir.
 
 
Qanda tükənmiş leykositlər çoxalır, təzə, güclü leykositlər defisit olur. Nəticədə yaşlı insanın bədəni xəstəliklərə açıq qapıya çevrilir.
 
 
İmmun qocalma nəticəsində defekt hüceyrələr aktivləşir, xərçəng yaranır. Lakin bu təkcə xərçənglə bitmir, ürək-damar, pnevmoniya, orqanların müxtəlif xəstəlikləri də baş verə bilir.
 
 
Tədqiqatçılar 50 yaşdan yuxarı 5744 nəfərin tibib məlumatlarını analiz edib.
 
 
Onlar stress səviyyəsinə görə sorğudan da keçirilib.
 
 
Daha sonra hər birinin qanı sitometriya metodu ilə təhlil olunub.
 
 
Məlum olub ki, güclü stress göstəricisi olanların immun profili daha qocadır və yüksək səviyyədə köhnə leykositar formulu var.
 
 
Stress hətta içki, siqaret və artıq çəkidən də çox immun sistemi qocaldır.
 
 
Stress aktiv T hüceyrələrin ehtiyatını tükədir. /Bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI