UEFA təsdiqlədi

20:35 13-07-2022 | icon 519 | İdman
UEFA təsdiqlədi

“Qarabağ”ı gözləyən mükafat

 

UEFA 2022/23 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini təqdim edib.

 

Futbolpress.az xəbər verir, Avropanın futbol qurumu ümumilikdə 3,5 milyard avro ayırıb. Bunun 465 milyon avrosunu Avropa Liqasında çıxış edənlər, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq. Mükafatın böyük hissəsi Çempionlar Liqasının payına düşəcək – 2 milyard 32 milyon avro. ÇL-də pley-offa qədər irəliləyən klubların hər biri 5 milyon qazanacaq. Qrupa yüksələnlərin gəliri isə 15,64 milyon avro olacaq.

 

Qrupdakı hər qələbə 2,8 milyon, heç-heçə isə 930 min avro gətirəcək. ÇL-in 1/8 finalına çıxmaq klublara 9,6 milyon, 1/4 finala 10,6 milyon, yarımfinala 12,5 milyon, finala yüksəlmək isə 15,5 milyon qazandıracaq. Çempionlar Liqasının qalibi əlavə 4,5 milyon əldə edəcək.

 

UEFA superkuboku uğrunda matçın iştirakçıları da hərəyə 3,5 milyon, qalib isə əlavə 1 milyon avro qazanacaq.

 

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” I təsnifat mərhələsində Polşa “Lex”ini üstələyərək (0:1, 5:1) növbəti mərhələyə yüksəlib. “Atlılar”ın növbəti raunddakı rəqibi “Sürix” olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM