“Toy Tələsi” filminin çəkilişlərinə START

16:15 02-09-2022 | icon 637 | Film
“Toy Tələsi” filminin çəkilişlərinə START

Kinokomediya janrında olan “Toy Tələsi” bədii filmi müasir dünyamızda baş verən real hadisələr əsasında qələmə alınıb.

 

Versus.Az-ın məlumatına görə, rejissor Faiq Nagıyev filmlə bağlı açıqlamasında bildirib ki, bu ekran əsərində əsasən, kinorejissorların hansı əziyyətlə film istehsal etdikləri, eləcə də, imkanlı iş adamlarının kino sahəsinə laqeyid yanaşması öz əksini tapıb.

 

Filmin əsas süjet xəttinin qəhrəmanı olan Fateh imkanlı iş adamıdır. Onun qəbuluna gələn rejissora laqeyid yanaşan bu şəxs özü də bilmədən ailəsindən gizlin eşq yaşadığı Dənizin oyununa gəlir.

 

Filmdə bir günlük saxta bəy rolunu oynamaq üçün aktyor axtarışına da çıxılır. Həyəcanlı və maraqlı məqamların yer aldığı ssenaridə saxta elçilik və toy səhnələri də var. Cünki Dəniz gəlinlik donunda ata evindən gəlin köçməlidir. Ssenaridə gülüş doğuran, insanları həm düşündürən, həm də pis əməllərdən daşındıran məqamlar da yer alıb.

 

Qeyd edək ki, tammetrajli, “TOY TƏLƏSİ” bədii filmi 90 dəqiqə nəzərdə tutulub. Kinokomediya janrında olan filmdə baş verən vəziyyətlər komediya yaradır. Eləcə də, bu film cəmiyyətə tərbiyəvi mesajlar da ötürür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ