"Münasibətlər “5 baza prinsipi” əsasında  formalaşa bilər"

14:01 31-08-2022 | icon 410 | Geopolitika
"Münasibətlər “5 baza prinsipi” əsasında  formalaşa bilər"

 

 

Brüssel görüşü Azərbaycanın müharibədən sonra apardığı diplomatik mübarizənin inkişafı kimi dəyərləmdirilməkdədir. Brüssel regiona nə vəd edir?

 

 

Versus.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli açıqlamasında bildirib ki, Brüssel görüşündə böyük nəticələr əldə olunmasa da, sülh prosesində müsbət dinamika müşahidə edilir. Onun sözlərinə görə, bu görüşdə əsas diqqət çəkən məqam, sülh sazişinin mətninin hazırlanması ilə bağlı hər iki ökənin xarici işlər nazirlərinin qarşıdakı bir ay ərzində görüşünün nəzərdə tutulmasıdır.

 

 

“Müsbət dəyərləndirdiyimiz əsas məqamlar odur ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə  nə Qarabağda yaşayan ermənilərə "status", nə "Dağlıq Qarabağ" məsələsi, nə Minsk Qrupunun bərpası məsələsi müzakirə edilmir, bəyanatda yer almır. Bu bizim diplomatik uğurumuzdur. Bu o deməkdir ki, biz həm hərbi baxımdan Qarabağda qələbə qazanmışıq, həm də  qələbəni danışıqlar prosesinə də transfer etməyə nail olmuşuq. Yalnız Avropa İttifaqında deyil, ümumiyyətlə Rusiyanın da vasitəçilik etdiyi danışıqlar prosesində erməni diplomatiyasının II Qarabağ müharibəsindən sonra diplomatik gündəliyə salmağa çalışdığı “status”, “Minsk Qrupunun” bərpası məsələsi nə müzakirə olunur, nə də ki, qəbul olunan bəyanatlarda sənələrdə öz əksini tapır. Təbii ki, bunlar bizim üçün müsbət məqamlardır”.

 

M.Məmmədli Avropa İttifaqının bu prosesdə təşəbbüskarlıq fəaliyyətinə müsbət yanaşdığını önə çəkib.

 

“Ölkə başçsı da bu istiqamətdə bir neçə dəfə mövqeyini ifadə edib. Eyni zamanda dünən Prezidentin köməkçisi Hikmət Hacıyev də Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçilik missiyasına müsbət yanaşdığımızı bir daha nümayiş etdirib.  Azərbaycan istənilən halda regionda davamlı sülhün qurulmasında maraqlıdır.  Sülh təşəbbüsləri istər Rusiyadan gəlsin, istərsə də Avropa İttifaqından bizim üçün fərq etmir. Biz bütün bu platformalarda yaxından iştirak edirik. Əsas hədəfimiz bölgədə davamlı sülhə nail olmadır. Bunun ən optimal yolunu isə Azərbaycan tərəfi Ermənistana təqdim edib. Məlum olduğu kimi “5 baza prinsipi” Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən  Ermənistan Xarici İşlər Nazirliyinə təqim olunub.  “5 baza prinsipi” əsasında iki ölkə arasında münasibətlər  formalaşa bilər. Və təqdirəlayiq haldır ki, məhz iki ölkə arasında aparılan sülh prosesi də bu baza prinsipi əsasında aparılır”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ