“İnter” “Bavariya”nı, “Barselona” “Viktoriya”nı qəbul edəcək

11:12 07-09-2022 | icon 526 | İdman
“İnter” “Bavariya”nı, “Barselona” “Viktoriya”nı qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq.

 

Versus.Az xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

 

A qrupunda “Ayaks” Niderlandda Şotlandiya “Reyncers”ini, “Napoli” İtaliyada İngiltərə “Liverpul”unu qəbul edəcək.

 

B qrupunda Portuqaliya “Portu”su İspaniyada Madrid “Atletiko”sunun, Almaniya “Bayer”i Belçikada “Brügge”nin qonağı olacaq.

 

C qrupunda pley-off mərhələsində “Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu İspaniyada “Barselona” ilə qarşılaşacaq. Bu qrupun digər matçında isə İtaliya “İnter”i evdə Almaniya “Bavariya”sını sınağa çəkəcək.

 

Nəhayət, D qrupunda Avropa Liqasının son qalibi olan “Ayntraxt” (Frankfurt) Almaniyada Portuqaliya “Sportinq”i, “Tottenhem” isə İngiltərədə Fransa “Marsel”i ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

7 sentyabr

 

A qrupu

20:45. “Ayaks” (Niderland) – “Reyncers” (Şotlandiya)

23:00. “Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə)

 

B qrupu

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya)

23:00. “Brügge” (Belçika) – “Bayer” (Almaniya)

 

C qrupu

23:00. “Barselona” (İspaniya) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

 

D qrupu

20:45. “Ayntraxt” (Frankurt, Almaniya) – “Sportinq” (Portuqaliya)

23:00. “Tottenhem” (İngiltərə) – “Marsel” (Fransa)

 

Qeyd edək ki, qrup mərhələsinin I turunun ilk 8 oyunu ötən gün keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq