Dövlət komitəsi HƏRƏKƏTƏ KEÇDİ

11:13 07-09-2022 | icon 534 | Gündəm
Dövlət komitəsi HƏRƏKƏTƏ KEÇDİ

Bir neçə gün öncə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ölkədə ciddi rezonans doğurub.

 

Hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli istintaqa cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Məlum olaydan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hərəkətə keçib. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Dövlət Komitəsi mərkəzdə baş vermiş xoşagəlməz hadisənin digər müəssisələrdə təkrarlanmaması üçün ciddi addımlar atmağa hazırlaşır. 

 

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçaları, körpələr evi və reabilitasiya müəssisələrində monitorinqlərin aparılması üçün Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müvafiq şəkildə icazələr təmin edildiyi halda komitə monitorinqlərə başlayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ