Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

11:25 12-09-2022 | icon 409 | İdman
Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha üç güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

 

Versus.Az xəbər verir ki, yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq), qadınların yarışında Tatyana Omelçenko (62 kq) döşək üzərinə çıxacaq.

 

Məmmədov 1/8 final mərhələsində Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo) cütünün qalibi ilə, Şəriəti isə 1/16 finalda Hindistan təmsilçisi Satiş Satişlə üz-üzə gələcək. Omelçenko isə təsnifat mərhələsində Vietnamdan olan Ti Nquyenlə görüşəcək.

 

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Onların rəqibləri hələlik müəyyənləşməyib.

 

Qadın güləşçilərdən Leyla Əliyeva (53 kq) və Elis Manolova (65 kq) sentyabrın 13-də yarışa qoşulacaq. Sentyabrın 14-də Jalə Əliyeva (57 kq) ilə Alyona Kolesnik (59 kq) mübarizəyə başlayacaq.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq