"Səmərqənddə baş tutan sammit ilklərlə doludur"

10:23 17-09-2022 | icon 506 | Geopolitika
"Səmərqənddə baş tutan sammit ilklərlə doludur"

Natiq Cəfərli: "Şanxay iqtisadi sahədə ciddi rol almağa iddialıdır"

 

 

"Səmərqənddə baş tutan sammit ilklərlə doludur.   Toplantıya bir çox ölkələrin qatılması, həm də pandemiyadan sonra üz-üzə görüşmələrin baş tutması bu görüşü maraqlı edən mühüm məqamdır".

 

Versus.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli Azərbaycan Prezidentinin də qatıldığı Səmərqənd görüşünü şərh edərkən bildirib.

 

Politoloq bildirib ki, dünya ölkələrinin az qala yarıdan da çoxunu təmsil edən ölkələrin orda iştirakçı, yaxud müşahidəçi qismində təmsil olunması gələcəkdə bu təşkilatın ən azı iqtisadi sahədə ciddi rol alacağına iddialı olmasından xəbər verir:

 

"Azərbaycan prezidentinin, eləcə də Türkiyə prezidentinin sammitdə iştirakı hər iki ölkənin kordinə olunmuş şəkildə xarici siyasət yürütməsinin bir nəticəsidir. Azərbaycan və Türkiyənin sammitdə iştirakı bölgəmizdə, ümumiyyətlə dünyada olan proseslərə hər iki ölkənin ortaq baxışlarının təmsilçiliyindən xəbər verir.

Azərbaycan prezidentinin keçirtdiyi görüşlər iqtisadi məsələlərə müsbət təsir göstərəcək. Məsələn, Çinin dövlət rəhbəri ilə görüş  bu mənada çox maraqlı idi. Eyni zamanda həmin platformalarda digər görüşlər də olacaq. Çox güman ki, Putinlə də görüş baş tutacaq və burada bölgəmizdə baş verən son proseslər, Ermənistanın təxribatları, sülhdən qaçması müzakirə olunacaq".

 

Politoloq hesab edir ki, ümumiyyətlə, bu tipli sammitlərdə iştirak istənilən ölkə üçün xarici siyasətdə praktik mövqe almağa kömək olur. (hafta.az)

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ