“Erməni təxribatları və əsl həqiqətlər dünyaya çatdırıldı”

 

16:41 19-09-2022 | icon 487 | Geopolitika
“Erməni təxribatları və əsl həqiqətlər dünyaya çatdırıldı”
 

Aytən Qurbanova: “Uzunmüddətli əməkdaşlıq perspektivləri baxımından bu, kifayət qədər önəmlidir”

 

Azərbaycanın xarici siyasət istiqamətləri arasında balanslaşdırma və heç bir hərbi-siyasi bloklaşmada tərəf olmamaq prinsipləri hər zaman prioritet olub. Ona görə də, bütün təşkilatlar çərçivəsində əməkdaşlığın əsasını da bu prinsiplər təşkil edir.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aytən Qurbanova Prezidentin Səmərqənd səfəri və keçkrilən görüşləri şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı qismində çıxış edən Azərbaycan Respublikasının bir sıra qlobal problemlərin həlli və regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində üzv dövlətlərlə əməkdaşlıq perspektivlərini dəyərləndirməsi heç də təəccüblü deyil: 

 

“Xüsusilə, Səmərqənddə keçirilən növbəti iclasda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fəxri qonaq qismində iştirak etməsi iki əsas istiqamətdə gələcək təsirləri də özündə ehtiva edir.

Birincisi, bu iclas çərçivəsində keçirilən görüşlərdə bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə baş verən böhran şəraitində Azərbaycan və Türkiyə qlobal problemlərin həlli ilə bağlı ümumi maraqların qoruması naminə "Qərb ilə Şərq" arasında vasitəçilik  missiyasını həyata keçirə biləcək əsas aktorlar olaraq ön plana çıxmaqdadırlar. Nəticə etibarilə, bu mərhələdən sonra Azərbaycanın ŞƏT ilə əlaqələri daha da genişlənə və regional layihələrin icrası ilə bağlı əməkdaşlıq imkanlarının şaxələndirilməsi ehtimalları güclənə bilər. Uzunmüddətli əməkdaşlıq perspektivləri baxımından bu kifayət qədər önəmlidir.

 

İkincisi isə daha çox qısa müddətli, amma vacib təsirləri özündə ehtiva edən istiqamətdir. Belə ki, Azərbaycan-Ermənistan sərhəddində davam edən erməni təxribatları və Azərbaycan ordusunun adekvat cavab tədbirləri haqqında əsl həqiqətlərin həm regionun əsas dövlətlərinin, həm də Ermənistanın havadarı olan qlobal güclərin diqqətinə çatdırılması baxımından bu iclas kifayət qədər önəmli platformaya da çevrilmiş oldu.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın siyasi hakimiyyəti üçün xüsusi "sığınacaq" rolunu oynayan KTMT-yə üzv dövlətlərin bir çoxu həmçinin bu təşkilatda da bu və ya digər formada təmsil olunduqları üçün bu platformanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində təşviqedici təsirləri kifayət qədər yüksək ola bilər”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ