"Dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır"

10:10 22-09-2022 | icon 485 | Cəmiyyət
"Dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır"

Alp Arslan İmamqulu: “Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunacaq torpaqlarıdır”

 

“Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir və bu mütləq qərb sərhədlərimizin delimitasiyası zamanı nəzərə alınacaq”.

 

Versus.az xəbər verir ki, bunu  hərbi təhlilçi Alp Arslan İmamqulu Ermənistanın sərhəddə törətdiyi təxribatlara Azərbaycan ordusunun “Qətiyyətli cavab”ından sonra ermənilərin yaratdığı səs-küy, eləcə də daxildə bəzi qruplar tərəfindən "Göyçə-Zəngəzur Respublikası" elan olunması və digər məsələlərlə bağlı yaranan mübahisəli nüanslara diqqət çəkərkən bildrib.

 

Hərbi təhlilçi hesab edir ki, regionda mövcud gərginlik kontekstində bir də "Göyçə-Zəngəzur Respublikası"nın elan edilməsi Azərbaycana və onun tarixinə qarşı xarici düşmən qüvvələrin növbəti təxribatıdır:

 

“Bu elanı verənlər tariximizi qətiyyən bilmirlər. Bu, baş verən son proseslər zəminində dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır. Əgər yeni bir dövlət qurulucaqsa bu Azərbaycanın varis olaraq haqqı olan ərazilərdə qurulmalı deyil. Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunacaq torpaqlarıdır”. 

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ