"Qərb, Avropa Azərbaycana qarşı oxşar münasibəti sərgiləməlidir”

10:28 22-09-2022 | icon 403 | Geopolitika
"Qərb, Avropa Azərbaycana qarşı oxşar münasibəti sərgiləməlidir”

Əli Mustafa: “Səfirliklərimiz qorunmalıdır, çünki ermənilərdən hər cür vəhşiliyi gözləmək olar”

 

“Ermənilərdən hər cür vəhşilik gözləmək olar. Onların mahiyyəti terordan ibarətdir. Ermənistan -Azərbaycan sərhəddində yaranan gərginlik də bu prosesi təstiqləyir və məncə bu hələ davam edəcək”.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa xarici ölkələrdə səfirliklərimizə edilən hücumların mahiyyətini açarkən bildirib.

 

Onun sözlərinə görə, erməni qrupların Azərbaycanın Fransadakı səfirliyinə hücumu ilk baxışdan erməni vandallarının özfəaliyyəti kimi qiymətləndirilə bilər. Amma beynəlxalq hüquqla bir ölkənin səfirliyi hansı ölkədə yerləşirsə, dövlət onun ərazisini qorumağa məhkumdur:

 

“Bu həm beynəlxalq hüquqla tənzilənir, həm də dövlətlərin qarşılıqlı öhtəliklərini şərtləndirən müqavilələrlə tənzimlənir. Hesab edirəm ki, Azərbaycanın müvafiq səfirləri öz haqlarının müdafiəsi baxımından beynəlxalq hüququa istinad etmək üçün yetərincə əsasa malikdir. İstər Fransa, İstər Livan olsun səfirliklərə qarşı baş verən erməni hücumları əslində həmin dövlətlər tərəfindən qəti şəkildə pislənməlidir. Cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır və əlbəttə bizim səfirliklərimizin təhlükəsizliyi ciddi şəkildə qorunmalıdır. Azərbaycan XİN-i müvafiq dövlətlərə danışmalıdır ki, təhlüksislik tədbirləri görsünlər”.

 

Siyasi şərhçi mövcud gərginliyin fonunda hesab edir ki, ermənilər nə Zəngəzur dəhlizini açmağa hazırlaşırr, nə sülh müqaviləsini bağlamaq niyyətində deyillər. Onlara Azərbaycanla sülh lazım deyir:

 

“Ermənilər öz məkirli siyasətlərini sadəcə dürlü bəhanələrlə, erməni şərəfsizliyi ilə maskalanmış bir şəkildə həyata keçirdirlər. Onun üçün də hesab edirəm ki, biz ermənilər tərəfindən növbəti belə təhdidlərlə üzləşə bilərik. Dövlət vacib tədbirlərə əl atmalıdır. Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın daha təhlükəsiz yaşaması üçün bir sıra mühüm layihələri reallaşdırmalıyıq. Qərb, Avropa dünya enerji siyasətinin həllində, humanitar tədbirlərin həyata keçirilmsində iştirak edən Azərbaycana qarşı oxşar münasibəti sərgiləməlidirlər”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ