Bakı çətin seçim qarşısında

16:06 01-10-2022 | icon 544 | Geopolitika
Bakı çətin seçim qarşısında

Kremlin ilhaq qərarı tanınacaq?

 

Kreml Sarayının Georgiyevski zalında Ukraynanın 4 vilayətinin Rusiyaya ilhaqı ilə bağlı sazişlərin imzalanması mərasimi olub. Bununla da rəsmi Moskva faktiki olaraq Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaq etdi. 

 

Rusiyanın Ukraynanın 4 vilayətinin ilhaq etməsi bir sualı aktuallaşdırır: Azərbaycan bu qərarı tanıyacaqmı?

 

Bu barədə Versus-az-a şərh verən Turan Rzayev hesab edir ki, birmənalı surətdə rəsmi Bakı belə bir qərarı heç bir halda tanımayacaq.

 

"Birincisi, bu beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan isə həm beynəlxalq hüquqa riayət edilməsinin, həm də ölkələrin suverenliyinin pozulmamamasının tərəfdarıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqları da bu gün Ukraynada olduğu kimi, işğala məruz qalıb. Düzdür, Ermənistan tərəfi heç vaxt işğal etdiyi torpaqları ilhaq etmək cəsarətini göstərməsə də Rusiya kimi kvazi dövlət yaradaraq gələcəkdə bunu reallaşdırmaq istəyib.

İkincisi, rəsmi Bakı hərm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır. Hətta bir neçə dəfə tərəflərin uzlaşması üçün vasitəçiliyini də təklif edib. Azərbaycan Rusiyaya qarşı Qərb ölkələrinin başlatdığı sanksiyalara qoşulmadığı kimi Ukrayna ərazilərinin işğalını da tanımır.

Bakı necə ki, 2014-ci ildə Krım Rusiyaya bənzər şəkildə qanunsuz ilhaqını tanımamışdı, bu gün də Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını tanımayacaq.

Üçüncüsü, məlum olduğu kimi, bu ilin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. bəyannamənin ilk bəndi qeyd edilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar".

Rəsmi Bakı Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını tanımadığı üçün bu ərazilərdə baş verəcək ehtimal toqquşmaları Rusiyanın ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığının pozulması kimi qiymətləndirməyəcək.

Xüsusilə bu məsələ daha önəmlidir, çünki Rusiyanın Ukraynaya məxsus 4 vilayəti ilhaq etməsi ehtimal NATO-Rusiya qarşıdurmasını daha da aktuallaşdırır. Rəsmi Bakı bu toqquşmadan yayınmaq üçün Rusiyanın ilhaqını tanımayacaq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ