ABŞ və Fransanın siyasi manevrlləri-AÇIQLAMA

15:53 28-09-2022 | icon 280 | Geopolitika
ABŞ və Fransanın siyasi manevrlləri-AÇIQLAMA

 

 

 

ABŞ və Fransanın regionda sülh quruculuğu prosesi ilə bağlı qeyri-konstruktiv mövqeyi və Azərbaycan Respublikasının ərazi bütövlüyünü hədəf alan "siyasi manevrləri" Cənubi Qafqazda yaranmış yeni reallıqlarla barışmaq istəməyən qərəzli mövqeyin göstəricisidir.

 

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aytən Qurbanova Fransa Müdafiə Nazirliyinin sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərmık istəyi və ABŞ rəsmilərinin delimitasiya aparılmadığı təqdirdə, sərhədlərin təyin olunmadığına baxmayaraq yenidən Azərbaycanı Ermənistan ərazisinə girməkdə təqsirli bilərək, ordumuzun təcili geri - əvvəlki mövqelərinə çəkilməsi ilə bağlı bəyanatlarına şərhində bildirib.

 

 

A.Qurbanova hər iki dövlətin 30 ilə qədər davam edən danışıqlar prosesində iştirak edən əsas aktorlar sırasında olduğunu qeyd edərək, işğal olunmuş ərazilərimizi sülh yolu ilə qaytarmağın mümkün olmadığını bu fonda aydın şəkildə göründüyünü deyib.

 

“Amma bu  gün artıq həm regionda, həm də beynəlxalq münasibətlərdə yeni reallıqlar formalaşmaqdadır və Azərbaycan Respublikası yeni yaranmış münasibətlər sistemində kifayət qədər önəmli rol oynayır. Ona görə də, istər ABŞ və ya Fransa, istərsə də başqa bir dövlətin Ermənistana havadarlıq etməsi bu reallıqları dəyişmək iqtidarında deyil. Hadisələri ən pis ssenariyə uyğun olaraq təhlil etsək, sərhədlərin delimitasiya və demarkasiya prosesini uzadaraq vaxt qazanmaq məqsədilə Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatların olma ehtimalı yüksəkdir. Bir neçə gün əvvəl ABŞ və Fransa səfirliklərinin öz vətəndaşlarına müraciət edərək Azərbaycan-Ermənistan sərhəddində olan bölgələrə səyahət etməməyə çağırması da bu yanaşmanı bir daha təsdiq etmiş olur. Amma hər bir halda, Azərbaycan Respublikası təmkinli mövqeyini qorumaqla yanaşı hadisələri diqqətlə izləyir və bütün təxribatların qarşısını operativ şəkildə alacaq hərbi gücə və siyasi iradəyə sahibdir”.

 

Ləman

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ