Tehranda vəziyyət qarışdı

11:50 03-10-2022 | icon 532 | Gündəm
Tehranda vəziyyət qarışdı

İranın nüfuzlu universitetində dərslər dayandırıldı

 

Oktyabrın 2-də tələbələrin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verib.

 

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, növbəti bildirişə qədər tələbələrin universitetə girişinə qadağa qoyulub.

 

Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi aksiyalarla yanaşı, universitetlərdə də etirazlar baş tutub.

 

Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi olub və tələbələrə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib.

 

Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb.

 

Çox sayda tələbənin yaralandığı və həbs edildiyi bildirilir.

Xatırladaq ki, Təbriz Universitetində də sentyabrın 24-dən naməlum müddətə qədər dərslərin dayandırıldığı barədə xəbər yayılmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq