Qətər Türkiyədən yardım istədi

13:58 06-10-2022 | icon 389 | Dünya
Qətər Türkiyədən yardım istədi

Ankara hərbi kontingent göndərəcək

 

Türkiyə parlamenti Qətərdə keçirilən “Dünya Çempionatı Qalxanı” əməliyyatı çərçivəsində ölkənin hərbi kontingentinin altı aylıq missiyası haqqında qanun layihəsini təsdiqləyib. Sənəd noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə Türkiyə ordusunun cəlb edilməsini nəzərdə tutur.

 

Missiya Qətər hakimiyyətinin Türkiyəyə müraciəti əsasında həyata keçiriləcək.

 

“Türkiyə və Qətər arasında tarixi, mədəni və humanitar əlaqələri, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə sıx əməkdaşlığı, eləcə də Fars körfəzi regionunda sabitlik və təhlükəsizliyin bütün region üçün əhəmiyyətini nəzərə alaraq, Qətər hökumətinin müraciətinə müsbət cavab verilməsi məqsədəuyğun hesab edilib”, – deyə parlamentin qərarında deyilir.

 

Orada hərbi kontingentin sayı göstərilmir.

 

Bundan əvvəl Qətərdə idman obyektləri və hotellərin təhlükəsizliyinə kömək etmək üçün Türkiyənin üç minə yaxın polis əməkdaşı, 100 xüsusi təyinatlı, partlayıcı qurğular üzrə 50 mütəxəssis və 80 xidməti it göndərəcəyi bildirilmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq