“Bu, Moskvanın xoşuna gəlməyə bilər”

11:49 07-10-2022 | icon 252 | Geopolitika
“Bu, Moskvanın xoşuna gəlməyə bilər”

 

 

 

“Moskvada əldə olunmuş razılaşmalar müəyyən qədər növbətçi xarakter daşıyırdısa, Vaşinqtonda əldə olunmuş razılaşmalar, əsirlərin təhvil verilməsi kimi texniki-humanitar məsələləri əhatə edirdisə, Avropa müstəvisində əldə olunmuş razılaşmalar artıq sülhə doğru ciddi tərpənişlərdən xəbər verir. Əlbəttə bu məqam Moskvadan bəzi dairələrin Avropadakı razılaşmalara münasibətdə müəyyən qədər qısqanclıq nümayiş etdirəcəklərinə və müəyyən qüvvələrin hətta bu prosesi pozmaq üçün pərdə arxası fəaliyyətə keçəcəyini də söyləməyə əsas verir”.

 

 

Bunu Versus.az-a siyasi şərhçi Aydın Quliyev Praqada əldə olunan razılaşmalardan sonra Rusiyanın hansı münasibət sərgiləməsi ilə bağlı səslənən ehtimallarla bağlı şərhində bildirib.

 

A.Quliyevin sözlərinə görə, Praqada keçirilən görüşlər sülh prosesinin sürətləndirilməsini müəyyən qədər şərtləndirir.

 

“Azərbaycan Prezidenti də xüsusi qeyd elədi ki, artıq sülh prosesi başlayıb. Bizim prezidentin dilindən eşidilən bu sözləri belə başa düşmək mümkündür ki, sülh prosesi geriyə dönməz və risklərdən nusbətən müdafiə olunmuş xarakter alır. Nəzərə alaq ki, konkret bu ay xarici işlər nazirlərinin görüşünün keçirilməsi, eyni zamanda  sülh sazişinin mətninin hazırlanması ilə bağlı razılaşmalar var. Eləcə də Azərbaycan - Ermənistan sərhədlərindəki gərginliyin müşahidəsi ilə bağlı Avropanın 2 aylıq mülki missiyanı döndərməsi də  nəzərə alınıb. Bütün bunlar bölgədəki proseslərdə Avropa strukturlarının  fəallaşmaq cəhdlərindən xəbər verir.  Diqqəti çəkən ciddi məqamlardan biri odur ki, Moskvanın, Avropa Birliyinin vasitəçilik etdiyi mərhələlərdən fərqli olaraq, Praqada daha böyük razılaşma oldu”.

 

Bununla yanaşı A.Quliyev hesab edir ki, 10 noyabr bəyannaməsinin imzalanması ilə Moskvanın öz vasitəçilik missiyasını ortaya qoymasından sonra bölgəyə Avropa Birliyinin 2 aylıq mülki missiyasının gəlişi, eyni zamanda sülh sazişi mətninin ilk dəfə olaraq  Avropa müstəvisində hazırlanıb ortaya qoyulması Moskvanın xoşuna gəlməyə bilər.

 

“Çünki Praqada əldə olunmuş razılaşmaya görə, xarici işlər nazirlərinin də, delimitasiya komissiyasının da, növbəti görüşlərinin də Avropada-Brüsseldə keçirilməsi qərara alınıb. Belə demək mümkünsə, sülh sazişinin mətninin hazırlanma prosesi artıq Avropa məkanında start götürüb. Məhz bu da Moskvanın xoşuna gəlmyə bilər. ona görə də mən o ehtimalla razılaşıram ki, Praqa görüşündən sonra Moskvada bəzi qüvvələr revanşist qüvvələrin aktivləşməsinə dəstək verə bilərlər. Moskva bölgədəki proseslərin  Avropa Birliyinin ixtiyarına verilməsinə etiraz olaraq başqa jestlər də edə bilər. Məsələn, Moskva xarici işlər nazirləri Brüsseldə görüşənə qədər tələm -tələsik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilər. Ən azı ona görə ki, sülh sazişinin mətninin hazırlanması prosesinin heç olmasa Avropadan yox, Moskvadan start götürülmüş kimi qəbul olunsun.  Ancaq hər şey Azərbaycanın səylərindən və Ermənistanın özünün hansı iradə nümayiş etdirməsindən asılı olacaq”.

 

T.Qafarlı

Versus.az

Vürsus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ