Zelenskinin Ofisi əsas planı açıqladı

11:36 12-10-2022 | icon 395 | Dünya
Zelenskinin Ofisi əsas planı açıqladı

“Rusiyada inqilabi proseslər baş verəcək”

 

“Beynəlxalq birliyin əsas ölkələri başa düşməyə başladılar ki, Rusiya artıq bu formada mövcud olmamalıdır. Rusiya Federasiyası Ukraynaya qarşı başlatdığı müharibədə uduzmalıdır”.

 

Bu fikirlə Volodimir Zelenskinin Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

 

O, bu barədə Volodimir Zelenskinin videokonfransda çıxışından sonra G7 liderlərinin birgə kommünikesini şərh edərkən deyib.

 

“Cavabını tapmayan yeganə sual beynəlxalq birliyin Ukraynanı mümkün qədər tez zamanda lazımi silahlarla tam təmin etməyə hazır olması ilə bağlıdır. Silahların tədarükü müharibənin yekunlaşmasını kəskin şəkildə sürətləndirəcək. Hərbi əməliyyatlar baxımından Rusiya uduzur. Bu gün Rusiya Federasiyasının yeganə resursu qanadlı raketlər və ərazimizə hücum etdiyi İran pilotsuz təyyarələridir”, - deyə o qeyd edib.

 

Rusiyanın məğlubiyyətinin necə görünəcəyindən danışan Podolyak bu prosesi mərhələlərə ayırıb. Onun sözlərinə görə, bunlar Rusiyanın Ukrayna ərazisində hərbi məğlubiyyəti, Ukrayna qoşunlarının suveren tanınmış sərhədlərə çıxarılması və Rusiyanın siyasi sisteminin transformasiyasıdır.

 

“Rusiya siyasi elitasının yaddaşlardan silinməsi qaçılmaz olacaq, çünki onlarla danışılası heç nə yoxdur”, - deyə Podolyak əlavə edib.

 

Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasında inqilabi proseslər baş verəcək, “zəif demokratiya” yaranacaq. Əsas odur ki, rusiyalıların şovinizminə, imperiya ambisiyalarına göz yumulmasın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq