Həyasızlığın "Eyfel qülləsi"

11:42 13-10-2022 | icon 607 | Gündəm
Həyasızlığın "Eyfel qülləsi"

Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham açıqlaması

 

Fransa prezidenti Emmanuel Makron Rusiyanı “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” Ermənistan və Azərbaycan arasında baş vermiş son sentyabr toqquşmaları “ baxımından məqsədli təxribatda” ittiham edib.

 

Bu barədə Reuters agentliyi məlumat yayıb.

 

"Son iki ildə sərhəddə nələr baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar”, - Makron bildirib.

 

“Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”.



Makron əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq.

 

“Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”, - Fransa prezidenti əlavə edib.



O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub.

 

“Bu sammit Ermənistanın baş nazirinə həm də müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, - deyə Makron qeyd edib.

 

“Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə, bu qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı”, sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır:


“Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.

 

Musavat.com -un şərhi: Bu, açıq-aşkar ermənipərəst mövqeini sərgiləyən o dövlətin başçısıdır ki, həmin dövlət 30 ildir Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə gedən prosesin vasitəçilərindən biridir. Ancaq nə Makronun sələfləri olan Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Oland, nə də Makron özü heç vaxt bu məsələdə ədalətli hakim rolu oynamayıblar və kimliyindən asılı olmayaraq növbəti dövlət başçısının da mövqeyi belə olacaq - həmişə ermənilərdən yana. 

 

Çünki bu, Fransa dövlətinin mövqeyidir və bu dövlət hələ 110 il öncədən özünü Qafqazda, Türkiyədə yaşayan ermənilərin hamisi, müttəfiqi elan edib. Fransızlarla ermənilər I dünya müharibəsində çiyin-çiyinə vuruşublar, müasir Türkiyənin cənub-şərqində birlikdə ömrü qısa çəkən qondarma dövlətlər qurublar. 

 

İndi Makron Rusiyanı ermənilərə qarşı olmaqda qınayır, amma Kremlin son 34 ildə Ermənistana verdiyi siyasi, maddi, hərbi, mənəvi dəstəyi hesaba almır. Bu münaqişənin böyüyüb bu hala çatmasının, başlandığı ildəcə bitməməsinin səbəbkarı tək bir dövlət olub - Rusiya. 

 

Ondan da ötəsi, postsovet məkanında özünü Rusiyanın qollarına buraxmış tək bir ölkə var - Ermənistan. Bu ölkədə Rusiyanın böyük hərbi bazası var və Rusiya Ermənistanı İran və Türkiyəyə qarşı bastion, forpost kimi istifadə edir. Bundan başqa, Ermənistanın həyati əhəmiyyətli strateji təsərrüfat subyektləri Rusiyanın nəzarətindədir. Bu kiçik ölkə dünənə qədər Rusiyanın Həştərxan vilayəti kimi bir şey idi, yalnız son illərdə Moskva Ermənistana nisbi müstəqillik verib. Ermənilər də bu imkandan yararlanaraq üzlərini ABŞ-a, Fransaya tutublar. 

 

Beləliklə, Makron tərəfsiz vasitəçi olacağı yerdə tərəfkeş himayədar roluna can atır və hələ həyazıscasına Fransanın ATƏT-in Minsk qrupundakı bədnam fəaliyyətini bərpa etmək üçün dəridən-qabıqdan çıxır. 

 

Elə Azərbaycan dövlətinin də nədən artıq Fransanın iştirakçı olduğu vasitəçilik missiyasına soyuq yanaşdığının sirri bundadır. Azərbaycan olmasın, başqası olsun, adi idman oyununda belə hakimin tərəf tutması sübut olunanda onu diskvalifikasiya edirlər. Fransanın son 30 ildə Ermənistana tərəfkeşlik etməsi azı 60 dəfə sübut olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq