Nüvə fəlakəti zamanı ƏN ETİBARLI YER

08:51 18-10-2022 | icon 400 | Maraqlı
Nüvə fəlakəti zamanı ƏN ETİBARLI YER

Mütəxəssislərin fikrincə, mümkün nüvə müharibəsi zamanı dünyada ən təhlükəsiz yer Qara dənizin yanındakı mağaradır.

 

Rumıniyada yerləşən Movile mağarası 1986-cı ildə geoloq Kristian Lasku tərəfindən kəşf edilib.

 

5 milyon il yaşı olan mağaranın təbiəti milyonlarla ildir, dünyanın qalan hissəsindən təcrid olunub. Mağarada hava, su, istiik və rütubət hər zaman eynidir. Bu, canlıların yox olmasına imkan vermir, dolayısıyla, burada həyat məhv olmur.

 

Mütəxəssislərin fikrincə, mağaranın cəmi 50 metr dərinliyində və 240 metr uzunluğunda olması olduqca diqqətəlayiqdir. Çünki mağaranın bu xüsusiyyəti onu nüvə partlayışından və radioaktivlikdən qoruyacaq.

 

Beləliklə, mümkün nüvə qiyaməti ssenarisində bu mağara dünyanın xilası üçün B planı ola bilərmi? Türkiyəli professor Niyazi Meriçin fikrincə, bu mümkündür. Meriç bu cür düşünmə səbəbini açıqlayıb:

 

“Nüvə silahı çöldə partlayanda 4 min dərəcəyə çatan bir temperatur olacaq. Sonra bu, ətrafı tamamilə yandıracaq və daha sonra nüvə tullantıları görünəcək. Müəyyən bir müddət ərzində özünüzü qoruya bilsəniz, zamanla onlardan xilas ola bilərsiniz”.

 

Professor əlavə edib ki, xüsusilə ABŞ-dakı zəngin insanlar bu cür vəziyyətlər üçün yer altında sığınacaqlar qururlar.

 

O həmçinin qeyd edib ki, nüvə fəlakəti dünyadakı bütün insanları yox edə bilməz:

 

“Hamını öldürməsi mümkün deyil. Dünyada 13 min ədəd nüvə silahı var. Hamısı partladılsa belə, dünyadakı bütün insanları məhv edə bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI